ELM VƏ TƏHSİL


Ali Attestasiya Komissiyası və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin birgə layihəsinin təqdimatı keçirilib

İyulun 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) və Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin “Azərbaycanda təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi müəssisələrin akkreditasiya prosesinin gücləndirilməsi” birgə layihəsinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev elmi müəssisə və təşkilatların akkreditasiyası işinin təşkili haqqında danışıb. O bildirib ki, son dövrlərdə iqlim dəyişikliyi, iqtisadi böhranlar, pandemiya kimi qlobal geosiyasi problemlər fonunda dünya qeyri-müəyyənlik fonunda misilsiz dəyişikliklərlə üz-üzə qalıb. Bununla yanaşı, süni intellekt və sintetik biologiya sahəsində yeniliklər də daxil olmaqla, texnoloji dəyişikliyin sürətli tempi yeni yaranan texnologiyalara nəzarəti getdikcə daha da mürəkkəbləşdirir.