DÜNYA


Florida sahillərinə yaxınlaşmaqda olan “Elza” fırtınası qasırğaya çevrilib

“Elza” tropik fırtınası qasırğa səviyyəsinə keçərək Florida ştatının şimal sahillərinə yaxınlaşır.
AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Qasırğalara Nəzarət üzrə Milli Mərkəzi məlumat yayıb.
“Elza” fırtınası iyulun 6-da yerli vaxtla saat 20:00-da Florida ştatının Tampa şəhərindən təxminən 165 kilometr cənub-qərbdə idi. Hazırda şimala doğru irəliləyən qasırğanın mərkəzində küləyin sürəti saatda 120 kilometrə çatır.