SİYASƏT


Vətən müharibəsində Azərbaycanın haqlı mübarizəsini işıqlandıran ukraynalı jurnalistlər mükafatlandırılıb

44 günlük Vətən müharibəsində Azərbaycanın haqlı mübarizəsini geniş işıqlandıran, ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdıran ukraynalı jurnalistlərin mükafatlandırılma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə Ukraynanın ümummilli telekanal və informasiya agentlikləri - “1+1”, “Ukrayna”, “5 kanal”, “İnter”, “UA-Perşiy”, “ATR” telekanallarının əməkdaşları, “Ukrinform” informasiya agentliyi, “Qordon” internet nəşri, “Podrobnosti” xəbər portalı, “İkinci Qarabağ” və "Qarabağın dirçəliş vaxtı" sənədli filmlərinin müəllifləri mükafatlandırılıb.