DÜNYA


Çində şiddətli yağışlar 120 min sakinə zərər vurub

Çinin cənub-qərbindəki Siçuan vilayətində bir neçə gündür yağan aramsız yağışların törətdiyi sel və daşqınlar 120 mindən çox sakinə zərər vurub.AZƏRTAC vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, səlahiyyətli qurumlar təbii fəlakət bölgəsindən 4600 nəfəri təxliyə ediblər. Vilayətin 14 çayında suyun səviyyəsi təhlükəli həddə çatıb. Sel və daşqın 4600 hektara yaxın əkin sahəsini məhv edib, 204 ev dağılıb.