SİYASƏT


Ukraynanın telekanalı: Azərbaycan Ordusu Şuşanı yüngül silahlarla və əlbəyaxa döyüşlə azad edib

Azərbaycan Ordusu artilleriya tətbiq etmədən, sadəcə, yüngül silahlarla və əlbəyaxa döyüşlə Şuşanı işğaldan azad edib.
AZƏRTAC xəbər verir ki, bunu Ukraynanın nüfuzlu “5 kanal” telekanalının xüsusi müxbiri Şuşadan hazırladığı reportajı zamanı bildirib.
Reportajda qeyd edilib ki, Azərbaycan Ordusunun xüsusi təyinatlıları hündür qayalıqlara dırmaşaraq Şuşanı fəth ediblər. Ukraynalı jurnalist hərbçilərimizin qəhrəmanlığından, uğurlu döyüş yolundan bəhs edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır