Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kürdəmirdə şəhid Səid Bayramovun xatirəsinə tikilən bulağın açılışı olub

13.07.2021 [18:17]

Xəbərin mətni

İyulun 13-də Kürdəmir rayonunun Çöl-Ərəb kəndində şəhid Səid Bayramovun doğum günündə adına tikilən xatirə bulağının açılışı olub. Açılış mərasimində rayon rəsmiləri, şəhidin döyüş yoldaşları, təhsil aldığı məktəbin kollektivi, yaxınları iştirak ediblər.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər. Torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.