DÜNYA


Çinin Quycou vilayətində daşqınlar 1 milyona yaxın sakinə zərər vurub

Çinin cənub-qərbindəki Quycou vilayətində bir neçə gündür aramsız yağan şiddətli yağışların törətdiyi sel və daşqınlar 954 min sakinin həyatına mənfi təsir göstərib.
AZƏRTAC vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, güclü yağışlar 83 rayonda sel və daşqın törədib. Vilayət üzrə yağıntının ümumi miqdarı 615 millimetr olub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz çoxdur. Sel və daşqınlara görə 26 min sakin təxliyə edilib, 68 min hektar əkin sahəsini su basıb, 19 min 300 evə ziyan dəyib. Mövsüm yağışlarının vilayətə vurduğu maddi ziyanın dəyəri 1,23 milyard yuan (təxminən 190 milyon ABŞ dolları) qiymətləndirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır