DÜNYA


Tokioda "Olimpiya kəndi" fəaliyyətə başlayıb

Tokio-2020 Olimpiya Oyunlarında atletlər üçün nəzərdə tutulan "Olimpiya kəndi" fəaliyyətə başlayıb. Ümumi sahəsi 44 hektar olan "Olimpiya kəndi"ndə 11 mindən çox idmançı, habelə milli komandaların digər üzvləri yaşayacaq. "Olimpiya kəndi"nin ərazisində 24 saat fəaliyyət göstərən restoran, market, poçt şöbəsi və digər obyektlər fəaliyyət göstərir. Pandemiya ilə əlaqədar "Olimpiya kəndi"ndə də epidemiya əleyhinə qaydalara riayət olunmasına ciddi nəzarət olunacaq. Bundan başqa, COVID-19 infeksiyasına ehtimal olunan yoluxmalar üçün nəzərdə tutulan xüsusi klinika fəaliyyət göstərir. Atletlər hər gün yeni növ koronavirus testindən keçəcəklər. Əgər kiminsə yoluxduğu aşkarlanarsa, həmin şəxs dərhal "Olimpiya kəndi"ndəki klinikaya yerləşdiriləcək.