MƏDƏNİYYƏT


“Mədəni kənd-mədəni mühit” layihəsi çərçivəsində Saatlıda sakinlərlə görüş keçirilib

“Mədəni kənd-mədəni mühit” layihəsi çərçivəsində növbəti görüş Saatlı rayonu Şirinbəy kəndində gerçəkləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən reallaşan “Mədəni kənd - mədəni mühit” layihəsi əsasən ucqar kəndlərdə sakinlərin asudə vaxtının səmərəli keçirilməsinə yönəldilib. Görüşlər Şirvan şəhəri, Hacıqabul, Sabirabad, Saatlı rayonlarını əhatə edir. Növbəti dəfə layihə çərçivəsində Saatlı rayonu Şirinbəy kəndində sakinlərlə görüş keçirilib. Öncə yaradıcı gənclərin əl işlərindən, rəsm əsərlərindən, heykəltəraşlıq nümunələrindən ibarət sərgi nümayiş olunub. Daha sonra təqdim edilən bir-birindən maraqlı rəqslər, mahnılar tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.