Azərbaycan Dövlət İnformasiya Agentliyi

Almaniyada daşqın qurbanlarının sayı 100 nəfəri ötüb

16.07.2021 [15:12]

Xəbərin mətni

Almaniyanın qərbində baş verən daşqınlar nəticəsində həlak olanların sayı 100 nəfəri ötüb, daha 1,3 minə yaxın insan itkin düşüb.
AZƏRTAC N24 telekanalına istinadla xəbər verir ki, Reynland-Pfalz federal torpağında daşqın qurbanlarının sayı 60 nəfərədək artıb. Şimali Reyn-Vestfaliya federal əyalətində isə təbii fəlakət azı 43 nəfərin ölümünə səbəb olub. Ölənlərin sayının artacağı istisna edilmir.