DÜNYA


Çinin illik vaksin istehsalı gücü 5 milyard dozaya çatıb

Çin Xalq Respublikasının koronavirusa qarşı illik vaksin istehsalı gücü 5 milyard dozaya çatıb.AZƏRTAC ÇXR-in mərkəzi televiziyasına istinadla xəbər verir ki, bu barədə Çin Sənaye Nazirliyinin mühəndisi Tyan Yulun bildirib. Onun sözlərinə görə, peyvəndləmə kampaniyası çərçivəsində indiyədək 1,4 milyard doza vaksin ölkə sakinləri arasında paylanıb. Habelə 500 milyon dozadan çox preparat xaricə ixrac olunub. O bildirib ki, Çinin yeni növ koronavirusa qarşı vaksin istehsalı gücü davamlı olaraq artır.