DÜNYA


Almaniyada daşqınlar nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb

Almaniyanın qərbində baş verən daşqınlar nəticəsində həlak olanların sayı 133 nəfərə yüksəlib, mindən çox insan isə itkin düşmüş hesab olunur.AZƏRTAC Avropa KİV-inə istinadla xəbər verir ki, təbii fəlakətdən ən çox ziyan çəkən Reynland-Pfalz federal əyalətində 90-dək insan həyatını itirib. Daha 43 nəfər isə qonşu Şimali Reyn-Vestfaliya əyalətində həlak olub. Ölü sayının artacağı istisna edilmir. AFR Kansleri Angela Merkelin sözlərinə görə, faciənin tam miqyası barədə danışmaq hələ tezdir.Avropanın mərkəzi hissəsində daşqınlar həftənin ortalarında uzun sürən şiddətli yağışlar səbəbindən başlayıb. Kəskin hava şəraitinin təsirinə Almaniya ilə yanaşı, Niderlandın, Fransa və Belçikanın bir sıra regionları da məruz qalıb. Belçikada 20-dən çox insanın öldüyü bildirilir.