Güclü yağışlar səbəbindən Pekində 370-dən çox aviareys ləğv edilib
19.07.2021 [10:20]
Xəbərin mətni
İki gündür aramsız yağan leysan səbəbindən Pekində 370-dən çox aviareys ləğv edilib.AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, son 24 saatda Şoudu beynəlxalq aeroportunda güclü yağışlarla əlaqədar 186 reys ləğv olunub, daha 130-a yaxın təyyarə hava limanı tərəfindən ləngimələrlə yola salınıb və ya qəbul edilib. Həmçinin Çin paytaxtının digər aeroportu - Dasin 187 aviareysi ləğv etməyə məcbur olub, 120-dək reysi isə təxirə salıb.