DÜNYA


Məhdud sayda zəvvarın iştirakı ilə Həcc ziyarəti başlayıb

Məhdud sayda zəvvarın iştirakı və ciddi təhlükəsizlik tədbirləri altında müqəddəs Həcc ziyarətinə start verilib. Artıq iyulun 17-dən etibarən Səudiyyə Ərəbistanı ərazisində yaşayan əcnəbilər və Krallığın vətəndaşları Məkkə şəhərinə axışmağa başlayıblar. Təxminən 1700-dən çox xüsusi dezinfeksiya edilmiş avtobuslar onları hava limanı və avtovağzaldan Kəbəyə aparır.AZƏRTAC rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, zəvvarlar avtobuslara minməzdən əvvəl mobil telefonlarına xüsusi kartların köməyi ilə proqram yükləyirlər.