DÜNYA


Pakistanda avtobusun qəzaya uğraması nəticəsində 28 sərnişin ölüb

Pakistanın şimal-şərqində, Pəncab əyalətinin Dera Qazi-Xan şəhərində avtobusla treylerin toqquşması nəticəsində 28 nəfər ölüb, 40-dan çox sərnişin yaralanıb.AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, ölənlərin təxminən yarısı qadınlar və uşaqlardır. Qaza yerində xilasedicilər işləyir. Yaralılar şəhər xəstəxanasına çatdırılıb.Hadisənin səbəbləri araşdırılır.