DÜNYA


Çində şiddətli yağışlar səbəbindən ölənlərin sayı 51-ə yüksəlib

Çinin Henan vilayətində bir həftə ərzində yağan mövsüm yağışlarının törətdiyi fəsadlar səbəbindən ölənlərin sayı 51-ə yüksəlib.
AZƏRTAC vilayətin təbii fəlakətlərlə mübarizə komissiyasına istinadla xəbər verir ki, sel və daşqın 3 milyondan çox sakinin həyatına mənfi təsir göstərib. Təbii fəlakət zonasından 400 minə yaxın sakin təxliyə edilib. İnfrastruktura, fərdi mənzillərə, kommersiya obyektlərinə, avtomobillərə xeyli ziyan dəyib. On minlərlə hektar əkin sahəsi məhv olub. İqtisadiyyata dəyən maddi zərər 65,5 milyard yuan (təxminən 10,12 milyard ABŞ dolları) dəyərində qiymətləndirilir.