DÜNYA


“İn-fa” qasırğası Çinin şərq sahillərinə çatıb

İlin 6-cı qasırğası olan “İn-fa” Çinin şərqindəki Cıcian vilayətinin sahillərinə çatıb.AZƏRTAC vilayətin təbii fəlakətlərlə mübarizə mərkəzinin məlumatına istinadla xəbər verir ki, yerli vaxtla 12:30-da Couşan şəhərinə çatan “İn-fa”nın qasırğası sürəti saniyədə 38 metrə çatan külək gətirib. Gün ərzində qasırğanın Ciasin şəhərinə və qonşu Ciansu vilayətinin Çidon şəhərinə də çatacağı proqnozlaşdırılıb. “İn-fa” qasırğasının Cıcian, Ciansu və Anhuy vilayətlərində, habelə Şanxay şəhərində şiddətli yağışlara səbəb olacağı gözlənilir.