Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrləri Şuşada səfərdə olublar

30.07.2021 [12:02]

Xəbərin mətni

İyulun 29-da Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qeysər və rəhbərlik etdikləri nümayəndə heyətləri Şuşaya səfər ediblər.
AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə Şuşadakı Saatlı məscidinə gəliblər. Onlara məlumat verilib ki, bu məscid Ermənistanın işğalı dövründə Qarabağdakı digər məscidlər, dini və mədəni abidələr kimi dağıdılıb. Hazırda məsciddə yenidənqurma və bərpa işləri aparılır.

BÖLMƏNİN DİGƏR VİDEOLARI