DÜNYA


Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir

Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir.
AZƏRTAC xəbər verir ki, hazırda ölkənin Antalya vilayətinin Manavqat və Akseki, Muğlanın Marmaris, Köyceğiz və Milas rayonlarında yanğınların söndürülməsi istiqamətində işlər davam aparılır. Manavqatın Sırtköy bölgəsində alovların hündürlüyü 20 metrədək yüksəlib. Marmarisin Turunç məhəlləsində isə əhalinin evakuasiyasına başlanılıb. Milasın Gökbel kəndi tamamilə boşaldılıb.
Ölkənin Milli Müdafiə Nazirliyi Muğlanın Marmaris bölgəsindəki meşə yanğını səbəbilə Turunç bölgəsindəki vətəndaşların təxliyəsi üçün bölgəyə iki gəmi göndərildiyini açıqlayıb.