DÜNYA


Estoniya mətbuatı: Türkiyədə meşə yanğınları zonasında olan estoniyalı turistlər üçün təhlükə yoxdur

Estoniyalı turistlərin sevimli istiqaməti olan Türkiyədə meşə yanğınları davam edir. Yanğın artıq ölkənin kurort şəhərlərinə yaxınlaşır.
AZƏRTAC Estoniyanın “Postimees” portalına istinadla xəbər verir ki, yanğın baş verən bölgədə Estoniyadan yüzlərlə turist var. Hələlik estoniyalı turistlərdən bu ölkənin Türkiyədəki səfirliyinə və ya Antalyadakı fəxri konsulluğuna hər hansı məlumat daxil olmayıb.