DÜNYA


İstanbulda meşəlik ərazidə yanğın baş verib

AZƏRTAC xəbər verir ki, yanğın şəhərin Beykoz rayonu ərazisində qeydə alınıb. Yanğının baş verdiyi bölgəyə çoxlu sayda yanğınsöndürmə briqadası cəlb olunub. Alov lokallaşdırılıb. Bölgə sakinləri yanğının iki nəfər tərəfindən qəsdən törədildiyi haqqında məlumat veriblər.