DÜNYA


Türkiyənin Milas rayonunda yanğın istilik elektrik stansiyasına yaxınlaşıb

Muğla vilayətinin Milas rayonunda başlayan yanğının miqyası genişlənir. Yanğın bölgədəki istilik elektrik stansiyasına yaxınlaşır. Buna görə, stansiya əməkdaşları iş yerlərindən təxliyyə olunur. Ərazidə hərəkət edən insanlar və nəqliyyat vasitələri kənarlaşdırılır. Bölgədə yanğınların qarşısının alınması üçün işlər davam edir.