ELM VƏ TƏHSİL


Azərbaycanı Danimarkada tanıdan professorlar

Xaricdə yaşayan soydaşlarımız təkcə yaşadıqları ölkələrdə diaspor təmsilçisi kimi fəaliyyət göstərmir, eləcə də həmin ölkələrin ictimai-siyasi, elmi və mədəni həyatında yüksək fəallıq göstərərək Azərbaycanı uğurla təmsil edirlər.
AZƏRTAC-ın Danimarkaya ezam edilmiş əməkdaşları belə azərbaycanlılardan olan, Danimarkanın Qlostrup xəstəxanasının nevrologiya şöbəsinin baş həkimi, Kopenhagen Tibb Universitetinin professoru Məsud Aşina və onun qardaşı, Nyu-York Tədqiqatlar İnstitutunun baş elmi işçisi, Nyu-York Tibb Universitetinin professoru Səid Aşina ilə görüşüblər.