DÜNYA


Türkiyədə sel fəlakətinin ağır fəsadları gün keçdikcə daha çox üzə çıxır

Türkiyənin Qaradəniz bölgəsindəki sel fəlakətinin ağır fəsadları hər gün keçdikcə bir az daha çox üzə çıxır.
AZƏRTAC hadisə yerindən xəbər verir ki, qardaş ölkədə fəlakət bölgəsi elan edilən yerlərdən biri də Kastamonu vilayətidir.
Burada yağan aramsız leysan yağışları nəticəsində Ezine çayı daşıb. Çayın sahilində yerləşən bir neçə hündürmərtəbəli yaşayış binası ciddi zədələnib. Bu binalardan ikisi tamamilə çöküb. Binanın dağıntıları altında qalanlar var. Hazırda onların çıxarılması üçün işlər aparılır.