SİYASƏT


Prezident İlham Əliyev: Ermənistan tərəfindən son mərhələdə verilən xəritələrin dəqiqliyi cəmi yüzdə iyirmi beş faizdir

Ermənilər işğal altındakı torpaqlarımızda yüz minlərlə mina basdırıb. Müharibə başa çatandan sonra - 10 noyabr tarixindən bu günə qədər 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək ya həlak olub, ya da ki, öz sağlamlığını itirib. Ona görə minatəmizləmə işi getməlidir və gedir.AZƏRTAC xəbər verir ki, bunu “CNN Türk” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev deyib.