SİYASƏT


Prezident İlham Əliyev: Mən doğrudan da yenə bu sualı vermək istəyirəm: Bəs, nə oldu Paşinyan?!

“Nə oldu Paşinyan?” sözlərini müharibədən sonra yox, müharibə dönəmində dedim və sonra, necə deyərlər, “mem” oldu. Əslində, mən doğrudan da yenə bu sualı vermək istəyirəm: Bəs, nə oldu Paşinyan?! Mən sizə deyim ki, müharibə bitəndən sonra evdə Mehriban xanım məndən xahiş etdi ki, sən Allah bir də “Nə oldu, Paşinyan?” demə və bu işləri bitir. Hər şey bitdi, bu da bitsin.AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində söyləyib.