SİYASƏT


Fransız iş adamı: Hətta Ermənistanın özündə belə bütün toponimlər türk mənşəlidir

Azərbaycanda fəaliyyət göstərən fransız iş adamı Martin Ryan Fransanın Tuluza şəhərində fəaliyyət göstərən “Jean Mermoz” tədqiqat və təhlil dərnəyinə müsahibəsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalından danışıb.
AZƏRTAC xəbər verir ki, müsahibədə tarixə nəzər salan M.Ryan Qarabağa ermənilərin köçürülməsindən, Qarabağın, Yerevanın Azərbaycan xanlıqları olmasından bəhs edib. 1921-ci il sənədini paylaşan iş adamı Qarabağın Azərbaycan ərazisi olduğunu göstərib. Bildirib ki, sovetlər birliyi Ermənistan vasitəsilə “parçala və hökm sür” siyasəti həyata keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır