İQTİSADİYYAT


Çəltik sahələrində ilk məhsul yığımına başlanılıb

Astarada bu mövsüm havaların mülayim keçməsi və çəltik sahələrinə düzgün aqrotexniki qulluğun göstərilməsi nəticəsində məhsuldarlıq ürəkaçandır. Rayonda bu il ümumilikdə 240,6 hektardan çox sahədə çəltik əkilib. İlk yığım zamanı fermerlər sahələrdən 40 sentnerdən çox məhsul götürüblər.
AZƏRTAC xəbər verir ki, ötən il rayonda 204,6 hektar sahədə çəltik əkilib. Sahələrdən 843,6 ton məhsul yığılıb. Rayon üzrə məhsuldarlıq 41,2 sentner olub.