DÜNYA


Koreya müharibəsində həlak olmuş 109 çinli əsgərin qalıqları Çin tərəfinə təhvil verilib

Koreya müharibəsində həlak olmuş çinli əsgərlərin meyitlərinin qalıqlarının növbəti hissəsi Çinə təhvil verilib.
AZƏRTAC xəbər verir ki, qalıqlar sentyabrın 2-də Cənubi Koreyanın İnçon beynəlxalq hava limanında Çin tərəfinə verilib.
Cəsəd qalıqları Çinin veteran məsələlər naziri Çan Cenquonun rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə xüsusi təyyarədə Şenyan şəhərinə gətirilib. Çinli əsgərlərin cəsədlərinin qalıqları Şenyandakı xüsusi xiyabanda dəfn ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır