İQTİSADİYYAT


Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşü keçirilib

Sentyabrın 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində məqsəd üzv ölkələrdə infrastrukturun inkişaf etdirilməsi, biznesin maliyyələşdirilməsi və investisiya layihələrindəki maliyyə çatışmazlığı ilə bağlı maneələrin aradan qaldırılması naminə əlavə resurslar səfərbər edilməsidir.