DÜNYA


Çinin Siamen şəhərinin sakinləri kütləvi şəkildə koronavirus testindən keçirilir

Çinin şərqindəki Fucien vilayətinin liman şəhəri olan Siamenin sakinləri kütləvi şəkildə yeni növ koronavirus testindən keçirilir.AZƏRTAC xəbər verir ki, şəhər meriyasının məsələyə dair açıqlamasında kütləvi testin son günlər Siamendə COVID-19 infeksiyasına yoluxma hallarının çoxalmasından sonra qərar verilib. Bildirilir ki, 4 milyondan çox əhalisi olan şəhərin bütün sakinləri testdən keçməlidirlər. Sakinlərə ciddi səbəb olmadan Siameni tərk etməmək tövsiyə olunub. Vacib səbəblərə görə şəhəri tərk etməli olanlar isə koronavirus testinin neqativ nəticəsini təqdim etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır