DÜNYA
Çinin “Şencou-12” kosmik missiyasının ilk kosmonavtları Yerə qayıdıblar
17.09.2021 [17:26]
Xəbərin mətni
Çinin kosmik stansiyasının quraşdırılması üçün nəzərdə tutulan “Şencou-12” (“Shenzhou-12”) missiyasının kosmonavtları 3 aylıq fəaliyyətdən sonra Yerə qayıdıblar.
Kosmonavtları gətirən “Şencou-12” kosmik gəmisinin xüsusi kapsulu sentyabrın 17-də günorta saatlarında Çinin Daxili Monqolustan muxtar bölgəsində “Donfen” eniş meydançasına enib. Kosmonavtların sağlamlıq vəziyyətinin normal olduğu bildirilir. Bu, Çinin kosmosda ən uzun müddət qalan insan missiyası olub.