DÜNYA


Çində Ay festivalı qeyd olunur

Çinin ənənəvi bayramlarından biri olan “Payızın ortası” və ya Ay festivalı bu il sentyabrın 21-nə təsadüf edir.AZƏRTAC xəbər verir ki, Şərq ölkələrinin ənənəvi Ay təqvimi ilə 8-ci ayın 15-ci günü qeyd olunan bu bayramın Şan sülaləsinin hakimiyyəti dövrünə, təxminən 3 min əvvələ gedib çıxsa da, geniş şəkildə Tan sülaləsi dövründən - 7-ci əsrdən qeyd olunur. Bayramın yaranmasına dair bir neçə fərqli rəvayət var. “Payızın ortası” festivalı ay təqvimi ilə yeni ildən sonra Çində ən mühüm 2-ci ənənəvi bayram hesab olunur. Başqa adla “Ay çörəyi” adlanan bayramda ayabənzər şirniyyatların hazırlanması və paylanılması ənənəsi var.