Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyədə avtobusun aşması nəticəsində ölən və yaralananlar var

03.10.2021 [12:56]

Xəbərin mətni

Türkiyənin Bartın vilayətində bir sərnişin avtobusunun aşması nəticəsində iki nəfər həlak olub, 17 nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, həlak olanlardan biri Bartın Bələdiyyəsinin sədrinin müavini Ahmet Kömeçdir. Yaralananlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.
Qəza Bartın-Ankara magistral yolunda baş verib. Hadisə yerinə çox sayda xilasedici, təcili tibbi yardım əməkdaşları cəlb olunublar.