MƏDƏNİYYƏT


Köhnə Riqa (Vetsriqa) Latviya paytaxtının ən qədim hissəsi və tarixi mərkəzidir

Köhnə Riqa (Vetsriqa) Latviya paytaxtının ən qədim hissəsi və tarixi mərkəzidir.AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, 1997-ci ildə UNESCO-nun ümumdünya irs siyahısına daxil edilən Vetsriqa turistlərin istirahət və əyləncəsi üçün ən sevimli məkan hesab edilir.Xeyli sayda daş döşənmiş dar küçələrə və fərqli arxitekturaya sahib olan köhnə Riqa müxtəlif tikililərlə xarakterizə olunur. Tikililərin əksəriyyəti mədəniyyət abidələri statusuna malikdir. XIII əsrdə inşa edilmiş ən qədim daş ev məhz burada yerləşir.