DÜNYA


“Kompasu” qasırğası Çin sahillərinə çatıb

Cari ilin 18-ci qasırğası olan “Kompasu” adlanan qasırğa Çinin cənubundakı Haynan adasının sahillərinə çatıb.
AZƏRTAC Çinin meteoroloji xidmətinə istinadla xəbər verir ki, qasırğa Haynan adasının Boao sahil qəsəbəsində çatanda sürəti saatda 118 kilometr olub. Güman edilir ki, “Kompasu” şiddətli yağıntı və güclü küləklərə səbəb olacaq. Çinin cənub və şərq vilayətlərində səlahiyyətli qurumlar təbii fəlakət ehtimalı ilə əlaqədar yüksək dərəcədə hazırlıq vəziyyətinə gətirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır