DÜNYA


Beyrutda atışma nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb

Livanın paytaxtı Beyrutda hakim və müstəntiqlərə etiraz etmək üçün “Hizbullah” və “Amal” hərəkatlarının Ədalət sarayına yürüşünün iştirakçılarına naməlum şəxslər tərəfindən atəş açıldıqdan sonra təhlükəsizlik qüvvələri ilə Bədora meydanının ətrafında yerləşən binadakı silahlılar arasında 4 saat davam edən atışma başlayıb. Atışma nəticəsində azı 6 nəfər həlak olub, 33 yaralı var.AZƏRTAC NNA agentliyinə istinadla xəbər verir ki, yaxınlıqdakı binaların sakinləri təxliyə edilib və silahlıların yerləşdiyi ərazi ordu hissələri tərəfindən mühasirəyə alınıb.