Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ankarada Türkiyə və Əfqanıstan heyətləri arasında görüş olub

15.10.2021 [10:24]

Xəbərin mətni

Əfqanıstan müvəqqəti hökumətinin xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Mottakinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib.
AZƏRTAC xəbər verir ki, Ankarada Türkiyə və Əfqanıstan heyətləri arasında görüş keçirilib.
Görüşdə Türkiyə heyətinə xarici işlər naziri Mövlud Çavuşoğlu rəhbərlik edib.