DÜNYA


Əfqanıstanda partlayış nəticəsində 33 nəfər ölüb

Əfqanıstanın Qəndahar şəhərində Bibi-Fatimə şiə məscidinin yaxınlığında güclü partlayış törədilib. Partlayış nəticəsində 33 nəfər həlak olub.
AZƏRTAC Al Jazeera telekanalına istinadla xəbər verir ki, əyalətin ən böyük dini ibadət yerinə çoxlu möminin toplaşdığı vaxt terrorçu üzərindəki partlayıcını işə salıb. Telekanalın məlumatına görə, azı 57 nəfər yaralanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır