Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çin növbəti kosmik missiyasını orbitə göndərib

16.10.2021 [12:57]

Xəbərin mətni

Çinin kosmik stansiyasının quraşdırılması üçün növbəti missiya olan “Şencou-13” (Shenzhou-13) orbitə çıxarılıb.
AZƏRTAC Çinin Kosmos Agentliyinə istinadla xəbər verir ki, kosmik gəmini orbitə aparan “Böyük yürüş-2F” raketdaşıyıcısının buraxılışı yerli vaxtla oktyabrın 16-da gecə saatlarında Qobi səhrasındakı Ciuçüən kosmodromunda baş tutub.