SİYASƏT


Ali Hərbi Məktəbdə baş leytenant Rəşad Rəhimovun xatirəsi anılıb

Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədilə “Şəhidlər ölməz – Vətən bölünməz!” tədbirlər silsiləsi çərçivəsində növbəti anım mərasimi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində keçirilib.Şəhid baş leytenant Rəşad Rəhimovun xatirəsinə həsr olunan mərasimdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, yaxınları, Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.