DÜNYA


Çində restoranda baş verən partlayışda ölən və yaralananlar var

Çinin Liaonin vilayətində hotel restoranın qaz sızmasından baş verən partlayışda ən azı bir nəfər ölüb, 33 nəfər müxtəlif dərəcədə bədən xəsarəti alıb.
AZƏRTAC vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 8:20-də Şenyan şəhərində baş verib. Partlayışın gücündən restoranın yerləşdiyi bina ilə yanaşı, ətrafdakı tikililərə və avtomobillərə xeyli ziyan dəyib.