DÜNYA


Pekində lokal yoluxmalara görə şəhərə giriş-çıxış məhdudlaşdırılıb

Çin paytaxtında son günlər COVID-19 virusuna bir neçə yoluxmanın qeydə alınmasından sonra şəhərə giriş-çıxış müəyyən dərəcədə məhdulaşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Pekinin ictimai təhlükəsizlik bürosu məlumat yayıb. Qaydalara əsasən, ölkə ərazisindəki lokal yoluxmaların aşkarlandığı bölgələrdən paytaxta gələnlər koronavirus testinin neqativ nəticəsini təqdim etməli və 14 gün ərzində özünütəcrid rejimində yaşamalıdırlar. Pekin səlahiyyətli qurumları son günlər yoluxmaların aşkarlandığı yaşayış məntəqələrindən olan sakinlərə çox vacib səbəb olmadığı halda paytaxta səfərdən çəkinməyi tövsiyə edib.