SİYASƏT


“Zəfər yolunun qəhrəmanları” silsiləsindən növbəti tədbir keçirilib

Azərbaycan Respublikası Prezidentinin “Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planı uğurla yerinə yetirilməkdədir.Sərəncamda qeyd edilir ki, Ulu Öndərin daim qayğı ilə yanaşdığı və xüsusi diqqət yetirdiyi bu tədris ocağı ötən müddət ərzində respublikamızda milli peşəkar hərbçi kadrların hazırlanması sahəsində müstəsna xidmətlər göstərmiş, cəmiyyətdə hərbi peşənin nüfuzunun yüksəlməsində və taleyini hərb sənətinə həsr edən gənclərin sayının davamlı artmasında əhəmiyyətli rol oynamışdır.