DÜNYA


Baş epidemioloq: Çin pandemiyanın hazırkı dalğasını bir aya nəzarət altına ala biləcək

Çinin baş epidemioloqu Con Nanşan ölkədə COVID-19 pandemiyasının hazırkı dalğasının təxminən bir aya nəzarət altına alına biləcəyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, tibb ekspertlərinin qatıldığı vebinarda çıxış edən tanınmış mütəxəssis virusun ölkədə yayılma coğrafiyasının böyük olduğunu əsas götürərək, yoluxma zəncirinin qısa müddətdə dayandırılmasının mümkün olmayacağını deyib. O, ilin sonunadək Çin əhalisinin 80 faizdən çoxunun COVID-19 virusuna qarşı hər 2 doza peyvəndi qəbul etmiş olacağını, bunun da öz növbəsində virusun yayılmasının qarşısını almağa kömək edəcəyini bildirib.