Naxçıvanda tabor, divizion komandirləri və müavinləri ilə təlim-metodiki toplantı keçirilib
30.10.2021 [18:52]
Xəbərin mətni
“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşdırma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə təlim-metodiki toplantı keçirilib.
Zabitlərin bölmələri idarəetmə vərdişlərinin yüksəldilməsi, əməliyyat və qərargah hazırlığı üzrə bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə keçirilən toplantıda praktiki və göstərici məşğələlərə üstünlük verilib.