DÜNYA


Çində pandemiyanın sonuncu dalğası ilə əlaqədar 40 minə yaxın adam tibbi nəzarət altındadır

Çində COVID-19 pandemiyasının oktyabrın 16-da başlayan sonuncu dalğası ilə əlaqədar 39 min 716 nəfər tibbi nəzarətə cəlb olunub.
AZƏRTAC Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına istinadla xəbər verir ki, həmin şəxslərin bir hissəsi xüsusi karantin yerlərində, qalanı isə yaşadıqları yerlərdə tibbi nəzarət altındadır. Yoluxması təsdiqlənənlərlə təmasda olduqları üçün nəzarətə cəlb olunun həmin şəxslər tələb olunan müddətdə tibbi nəzarətdə qalacaqlar.