SİYASƏT


Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi davam edir

Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi plana uyğun davam edir.
Təlimin planına əsasən səhra və stasionar döyüşü idarəetmə məntəqələrində əməliyyatlar planlaşdırılır, müxtəlif fəaliyyət tərzləri üzrə hesabatlar aparılır, ərazidə taktiki və xüsusi təyinatlı qrupların tapşırıqları dəqiqləşdirilir, maket üzərində qarşılıqlı əlaqənin və hərtərəfli təminatın təşkili üzrə plan və hesabatlar hazırlanır.