SİYASƏT


Hərbi məktəbdə "Hər şəhid adına bir ağac əkək” devizi altında anım tədbiri keçirilib

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Vətən müharibəsində şəhidlik məqamına ucalan zabitlərin xatirəsinə həsr olunan "Zəfər Günü" münasibətilə "Hər şəhid adına bir ağac əkək” devizi altında anım tədbiri keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.