SİYASƏT


Zəfər Günü münasibətilə hərbi hissədə tədbir keçirilib

Noyabrın 6-da N hərbi hissəsində Zəfər Günü münasibətilə tədbir keçirilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin hərbi hissənin ərazisindəki abidəsi ziyarət olunub, önünə əklil və gül dəstələri qoyulub. Ümummilli liderimizin və ərazi bütövlüyümüz uğrunda canlarını qurban verən şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır